Əlaqə Arxiv
news Image
2018.09.24
16:33
| A A A
"WhatsApp"-dan çox mesajlaşanlara bəd xəbər

Məşhur mesajlaşma platforması "WhatsApp" Beta versiyasında yeni funksiya əlavə edib. Belə ki, bu, qarşı tərəfə tez-tez mesaj göndərərək, istifadəçiləri bezdirən yazışmaları susdurmaq üçündür. Movqe.az xəbər verir ki, istifadəçi yeni 'səssizə al' funksiyası ilə söhbətdə 50-dən çox bildiriş alarsa, funksiyalara daxil olmadan bildiriş panelindən söhbəti səssizə ala biləcək. "WhatsApp" artıq Beta istifadəçilər üçün bu funksiyanı təklif edib. Funksiyanı sınaqdan keçirmək üçün Play Store-dan Beta versiyasını 2.18.216-a yeniləyə bilərsiniz.

 

Sizin Reklam Yeriniz