Əlaqə Arxiv
news Image
2018.10.09
11:11
| A A A
“Google Chrome” bu smartfonlarda işləməyəcək

“Google Chrome” brauzeri “Android 4.1-4.3 Jelly Bean” əməliyyat sistemlərinin dəstəklənməsini dayandıracaq.

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, əməliyyat sisteminin brauzer tərəfindən dəstəklənəcək ən köhnə versiyası “Android 4.4” olacaq.

Dəyişikliklərin nə vaxt baş verəcəyi barədə məlumat verilməsə də, köhnə sistemin “Android” əsasında işləyən qurğuların ümumi sayının 3,2 faizində istifadə edildiyi bildirilir.

Hazırda əməliyyat sisteminin idarəetməsi ilə işləyən təxminən 1 milyard qurğunun istifadədə olması nəzərə alınmaqla “Chrome” brauzerinin dəstəkləməyəcəyi qurğuların ümumi sayı təqribən 32 milyon təşkil edəcək.

 

 

 
Sizin Reklam Yeriniz