news Image
2018.12.21
13:37
| A A A
Bakcellin sabit xətti əvəzləyən yeni cihazı ilə ən ucqar yerdə də yüksək sürətli internetə qoşulmaq mümkündür

Bu gün Bakcell şirkətinin Şəki rayonunda jurnalistlər üçün təşkil etdiyi iki günlük "Mobil Telekommunikasiyaya Giriş"  adlı seminar öz işinə başlayıb. 30-dan çox jurnalistin iştirak etdiyi seminarın ilk mövzusu "Mobil internetdə son durum: tətbiqlər və cihazlar" olub.  Movqe.az-ın məlumatına görə, bu mövzuda  təqdimatı  Bakcell şirkətinin Məhsulların idarəedilməsi departamentinin rəhbəri Cəlil Xəlilov edib. C.Xəlilov bildirib ki, dünyada internet istifadəçilərinin sayı günü-gündən artmaqdadır:" Proqnozlara görə, 2020-ci ildə dünya əhalisi arasında internet istifadəçilərinin sayı daha artmaqdadır. Bu isə internetə tələbatı daha da artırır". Təqdimatçı qeyd edib ki, hazırda istifadəçilər  internetə həm ADSL həm də digər vasitələrlə daxil olurlar:" Sabit internet xətlərindən ən keyfiyyətlisi Optik internet hesab edilir. Amma son vaxtlar dünyada olduğu kimi Azərbaycanda da mobil internet istifadəçilərinin sayı artmaqdadır. Getdikcə istifdəçilər daşınan və daha sürətli internetə üstünlük verirlər. Artıq Bakcell şirkəti bazara sabit xətti əvəzləyən internet xidməti təklif edib. Bakcellin bu xidməti istifadəçilərə imkan verir ki, onlar Bakcellin şəbəkəsi olan hər bir yerdə sabit xəti əvəzləyən internetdən yararlansınlar. Bu xidmətin üstünlüyü ondadır ki, insanlar rahatlıqla bu cihazı daşıyaraq müxtəlif paketlərə qoşularaq internetə daxil olsunlar. Xidmət mobil internet kimi yüksək keyfiyyətə malikdir. Sabit xəti əvəzləyən internetin digər üstünlüyü ondadır ki, evdə wi fi-də olduğu kimi, istifadəçilər rahatlıqla bir neçə cihazı internetə qoşa bilərlər. Sabit xəti əvəzləyən internetə 32 cihaz birdən internetə qoşula bilər". C. Xəlilovun sözlərinə görə, qısa zamanda Bakcellin təqdim etdiyi sabit xəti əvəzləyən internet xidmətinə əhali arasında  maraq böyükdür. Qiymətin sərfəli olması, üstəlik internetin daşınan olması sabit xətti əvəzləyən internetdən yararlanan istifadəçilərin sayını günü-gündən artırır.    Seminar C. Xəlilovun təqdimatında "Video istehlakı-müasir kontent siyasətinin aparıcı gücü" mövzusunda davam etdirilib. Şirkət təmsilçisi qeyd edib ki, online video baxımı son illərdə inanılmaz dərəcədə artaraq trafikin ən böyük qismini əhatə edir:" 2020-ci ilə qədər bu dünya trafikinin 80 faizini əhatə edəcək. Hazırda Youtobedə 500 milyondan çox saat video baxımına sərf edilir".  C. Xəlilovun sözlərinə görə, insanlar gözlə informasiyanı qəbul etməyə də üstünlük verirlər:" Bu gün video istehlakı vərdişləri ciddi dəyişikliklərə məruz qalır". Bakcell şirkətinin "Mobil Telekommunikasiyaya Giriş" adlı seminarı davam edir.