news Image
2018.12.31
18:37
| A A A
Azercell-in LTE istifadəçilərinin sayı 1 milyonu keçdi

Növbəti ildə Azercell 4G əhatə dairəsinin genişləndirilməsi işlərini davam etdirəcək.

Movqe.az  xəbər verir ki, yola saldığımız 2018-ci il “Azercell Telekom” MMC üçün uğur və nailiyyətlərlə yadda qalan bir il olub.

Bu il ərzində şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin yüksək sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb, respublikanın bir çox bölgələrində yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə ölkə boyunca LTE istifadəçilərinin sayı artaraq, 1 milyonu keçib. Bu, Azercell-in təqdim etdiyi keyfiyyət və xidmət səviyyəsini nümayiş etdirən mühüm göstəricidir.