Əlaqə Arxiv
news Image
2019.04.19
13:23
| A A A
“Facebook”dan SOS: “Instagram”da milyonlarla açıq şifrə var

“Facebook” şirkəti milyonlarla “Instagram” istifadəçisinin şifrəsini oxuna bilən formatda saxlayıb.

Bu barədə “RİA Novosti” korporasiyaya istinadən məlumat yayıb.

“Biz “Instagram” istifadəçilərinin oxuna bilən formatda olan əlavə şifrələr loqunu aşkarlamışıq. Bizim hesablamalara görə, bu, milyonlarla “Instagram” istifadəçisinə aiddir”, - deyə məlumatda qeyd olunur.

“Facebook” şifrələri həssas olan belə istifadəçilərə bildiriş göndərməyə söz verib.

Araşdırma nəticəsində şirkət əməkdaşlarının bu şifrələrdən istifadə etmədiyi müəyyənləşib.

Qeyd edək ki, “Facebook” korporasiyası 2012-ci ilin aprel ayında “Instagram” sosial şəbəkəsini satın alıb.

Sizin Reklam Yeriniz