Əlaqə Arxiv
news Image
2019.06.27
11:00
| A A A
Elektron poçtda təhlükəli boşluq aşkarlanıb
"Microsoft" korporasiyası "Android" əməliyyat sistemi üçün "Outlook" proqramında boşluq aşkarlayıb. Səhv barədə informasiya ABŞ korporasiyasının rəsmi saytında dərc edilib. Movqe.az ICTnews-a istinadən bildirir ki, tərtibatçıların sözlərinə görə, boşluq məktubların sintaksis analizində (Parsing) - istifadəçi quraşdırılmalarından asılı olaraq onların avtomatik çeşidləmə sistemində aşkarlanıb. İstifadəçinin poçtuna müəyyən mətn göndərən cinayətkar adresat zərərli kodun tətbiq edildiyi məktubu açandan dərhal sonra onun məlumatlarını ələ keçirir. Məlumata görə, boşluq "Outlook" əlavəsinin "Android" sistemi üçün 3.0.88-dək olan versiyalarını əhatə edib. "Microsoft" nümayəndələrinin sözlərinə görə, hazırda boşluq aradan qaldırılıb. İyunun əvvəlində mobil əlavələrin 89 faizində məsafəli haker hücumları üçün boşluqların mövcudluğu məlum olub.
Sizin Reklam Yeriniz