news Image
2019.07.04
08:09
| A A A
"Facebook"dan nasazlıqla bağlı İLK AÇIQLAMA
"Facebook" dünən saat 17:50-dən müşahidə olunan nasazlıqla bağlı açıqlama yayıb. Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, mətbuat xidmətinin açıqlamasında "Biz sosial şəbəkədə foto, video və digər faylları yükləyərkən çətinlik yarandığını bilirik. Bütün güclərimizi səfərbər etmişik ki, problemi tezliklə həll edək" deyilib. Qeyd edək ki, WhatsApp, İnstagram və "Facebook"da istifadəçilər şəkil, video yükləyə, yenilikləri görə bilmirlər. Bu, artıq bir neçə saatdır ki, belə davam edir.