Əlaqə Arxiv
news Image
2019.07.04
09:05
| A A A
İnternet olmadan da faylları göndərmək mümkün olacaq?
"Android" sisteminin növbəti yeniləməsində (10 Q) böyük həcmli faylları bir qurğudan digərinə internet bağlantısı olmadan göndərməyə imkan verəcək funksiya hazırlanır. Movqe.az "ICTnews"a istinadən xəbər verir ki, "Fast Share" adlı yeni alət yalnız smartfonlar deyil, həm də xrombuk, hətta "iPhone" cihazları arasında məzmun mübadiləsinə imkan verəcək. "Share" (Paylaşmaq) sistem menyusu vasitəsilə internet bağlantısı olmadan yaxınlıqda yerləşən qurğulara şəkil, sənəd, link, kopyalanmış mətni və başqa məzmunu göndərmək mümkün olacaq. Digər bir üsul "Sazlamalar"a daxil olmaq, "Google"u işə salmaq və "Fast Share" seçməkdir.
Sizin Reklam Yeriniz