Əlaqə Arxiv
news Image
2019.10.08
16:18
| A A A
"WhatsApp" yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırıb

"WhatsApp" hakerlərin zərərli GIF-fayllardan istifadə edərək yazışmalara giriş əldə edə biləcəyi təhlükəsizlik səhvini aradan qaldırıb.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hakerlərin yazışmalara girişi istifadəçinin GIF-faylı qalereyada açması ilə mümkün olub.

“Problemin istifadəçilərə təsir etdiyini düşünməyə əsas yoxdur, ancaq biz hər zaman istifadəçilərimizi ən yeni təhlükəsizlik funksiyaları ilə təmin etməyə çalışırıq", - "WhatsApp" nümayəndəsi telekanala açıqlamasında deyib.

Səhv messencerin son yeniləməsində aradan qaldırılıb. 

Sizin Reklam Yeriniz