news Image
2019.11.08
14:35
| A A A
Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif!
“Azercell Telekom” MMC yeni “Samsung smartfonları” kampaniyası çərçivəsində abunəçilərə 12 aylıq 1GB internet paketi hədiyyə edir

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” MMC ən son model smartfonları daha da əlçatan etmək məqsədilə, abunəçilərə xüsusi şərtlər ilə yeni kampaniya təqdim edir. Ən sərfəli təkliflərlə seçilməyi hədəfləyən şirkət müştərilərin qarşısına Azercell-in innovativ xidmətləri və Samsung brendinin etibarlılığını özündə cəmləşdirən yeni “Samsung smartfonları” kampaniyası ilə çıxır. 07.11.2019-15.01.2020 tarixləri ərzində Azercell-in Eksklüziv mağazaları və ya rəsmi diler dükanlarında A seriyalı Samsung smartfonu və yeni Azercell nömrəsi əldə etməklə, hər bir abunəçi 12 ay boyunca 1GB internet paketindən pulsuz yararlanmaq üçün əvəzolunmaz fürsət qazanacaq.

Bu yeni ili yeni Samsung smartfonunuz ilə qarşılayın! Artıq ünsiyyətiniz daha dinamik, xatirələriniz daha rəngarəng olacaq!

Kampaniya haqqında ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/monthly/samsung_a/ səhifəsindən tanış olun.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətd