Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
"Bakcell" tezliklə "099" operator kodunu istifadəyə verəcək
 
 
news Image
2019.11.14
13:12
| A A A
"Bakcell" tezliklə "099" operator kodunu istifadəyə verəcək

Tezliklə Azərbaycanın mobil rabitə operatoru "Bakcell" 099 operator kodunu istifadəyə verəcək. 

Mövqe.az xəbər verir ki, bunu jurnalistlərə "Bakcell"in baş icraçı direktoru Rayner Ratgeber deyib: "Amma konkret vaxt bildirə bilmərəm".

Xatırladaq ki, “Bakcell” artıq iki operator koduna (055 və 099) malikdir.

R. Ratgeber Azərbaycanda göstərilən internet xidmətinin keyfiyyətindən danışarkən bildirdi ki: "Mən almanam. Burdakı internetin keyfiyyəti və tariflərinə baxdıqda Almaniya üçün ağlamağım gəlir. Burda internet sürətlidir. Qiyməti də ucuzdur. Mən Almaniyada istifadə etdiyim nömrəmdə 2GB internetə görə 10 avro verirəm. Oğlum isə Kanadada bu xidmətə görə 30 dollar ödəyir. Amma keyfiyyət də o qədər yüksək deyil".

money.az currency