Əlaqə Arxiv
news Image
2019.11.20
20:18
| A A A
Azərbaycanda bu telekanalın yayımı dayandırıldı

Bu gün səhər saatlarından etibarən "ARB Ulduz”un peyk vasitəsilə yayımı dayandırılıb.

 Mövqe.az xəbər verir ki, "ARB Media Qrup”un mətbuat xidmətdən "ARB Ulduz” telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması barədə qərar qəbul edildiyi bildirilib:

"Buna "ARB Ulduz”un ölkənin reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilməməsi səbəb olub. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Musiqi yönümlü tematik kanal olan "ARB Ulduz” da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi".

Sizin Reklam Yeriniz