Əlaqə Arxiv
news Image
2020.02.26
11:42
| A A A
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azərbaycanda informasiya-kommunikasiya texnologiyarının inkişafına daima töhfə verən Azercell şirkəti, bu sahə üzrə savadlı kadrların yetişdirilməsinə xüsusi diqqət ayırır. Bu dəfə lider mobil operator ADA Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsində təhsil alan və fərqlənən tələbələr üçün təqaüd ayıraraq, onların fərdi və peşəkar inkişafına dəstək olub.

Tələbələr fevral ayının 21-i ADA Universitetində təşkil edilən “Akademik mükəmməllik günü”ndə təltif ediliblər. Beləliklə, 4 tələbə dünya şöhrətli azərbaycanlı alim və qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına təqaüdə layiq görülərək təhsil haqqından tamamilə azad olunublar. Əlavə olaraq, 22 tələbə 50, 23 tələbəsi isə 25 faiz təhsil güzəşti əldə ediblər.

Xatırladaq ki, “Azercell Telekom” MMC 2013-ci ildən başlayaraq ADA Universitesinin fonduna maliyyə yardımı edir. Sosial layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan şirkət, fəaliyyət dövrü ərzində bu istiqamətdə 19 milyon dollardan artıq yatırım edib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,5 milyondan artıq abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Sizin Reklam Yeriniz