Əlaqə Arxiv
news Image
2020.03.11
12:25
| A A A
"Nissan" virusun episentrindəki zavodun fəaliyyətini bərpa edir

Yaponiyanın “Nissan Motor” avtomobil şirkəti koronavirusun episentri Çinin Hubey əyalətindəki zavodun fəaliyyətini bir həftə ərzində bərpa edəcəyini açıqlayıb.

Mövqe.az-ın məlumatına görə, şirkət bu addımı fevralın 24-də atmağı planlaşdırsa da, tətil müddətini bölgə rəhbərliyinin tələbi ilə uzatmalı olub.

Bir müddət əvvəl “Nissan” Çindəki digər müəssisələrin fəaliyyətini bərpa etmişdi.

Qeyd edək ki, fevral ayında “Nissan”ın Çindəki satışları ötən ilin fevralı ilə müqayisədə 80 faiz azalıb.

Sizin Reklam Yeriniz