Əlaqə Arxiv
news Image
2020.05.11
17:05
| A A A
Azercell “Yeni Hər Yerə” tarifini təqdim edir!

Hər zaman abunəçilərini innovativ xidmətlər və yeni servislər ilə sevindirən “Azercell Telekom”MMC tarif portfelini növbəti dəfə genişləndirir. Bu dəfə lider mobil operator əzizlərinizlə ünsiyyəti daha da əlçatan etməyi hədəfləyərək, mobil bazara “Yeni Hər Yerə” tarifini gətirir. Yeni tarif çərçivəsində Azercell-in Fakturalı xətt istifadəçilərinə ölkədaxili istənilən istiqamətdə vahid qiymətə danışmaq fürsətilə yanaşı, həmçinin hər ay 500 MB internet də verilir. Beləliklə, may ayının 5-dən etibarən Fakturalı xətt abunəçiləri ayda cəmi 5 AZN ödəməklə 500 MB həcmində internet və ölkə daxilində bütün istiqamətlərə zəngin bir dəqiqəsinə 0.05 AZN ödəmək imkanı qazanır. Bu təklifdən yararlanmaq üçün Yeni açar sözünü 650 qısa nömrəsinə göndərmək və ya telefonun ekranında *750*5#yes kombinasiyasını yığmaq kifayətdir. Həmçinin “Yeni Hər Yerə” tarifini Azercell-in “Kabinetim” mobil tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür.

“Yeni Hər Yerə” tarifi – rahat ödəniş, rahat ünsiyyət.

Tarif haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/tariffs/postpaid/new_her_yere/ səhifəsinə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Sizin Reklam Yeriniz