Əlaqə Arxiv
news Image
2020.06.09
09:44
| A A A
NASA 26 iyun və 1 iyul tarixlərində açıq kosmosa çıxış planlaşdırır
Amerikalı astronavtlar Kristofer Kessidi və Robert Benken Beynəlxalq Kosmik Stansiyasının (BKS) qöyərtəsindən açıq kosmosa iyun-iyul aylarında iki çıxış həyata keçirəcəklər. Mövqe.az-ın məlumatına görə, bu barədə NASA-nın rəsmi nümayəndəsi xəbər verib. Daha əvvəl 2020-ci ildə bu proqram üzrə artıq üç belə çıxış baş tutub. "Kristofer Kessidi və Robert Benkenin batareyaları əvəz etmək üçün ilk iki çıxışı 26 İyun və 1 İyul tarixlərinə planlaşdırılır", - nümayəndə deyib. Bildirilir ki, batareyaların dəyişdirilməsi üçün ümumilikdə dörd çıxış tələb olunur. BKS-nın enerji təchizatı sistemi üçün altı yeni batareya stansiyaya Yaponiyanın "HTV-9" kosmik yük gəmisi vasitəsi ilə mayın sonunda çatdırılıb.
Sizin Reklam Yeriniz