Əlaqə Arxiv
news Image
2020.06.16
20:47
| A A A
ABŞ şirkətlərinin “Huawei” ilə əməkdaşlıq edəcəkləri sahə açıqlandı
ABŞ şirkətlərinə "Huawei" ilə yalnız 5G şəbəkələrinin standartlarının hazırlanmasında əməkdaşlıq etməyə icazə veriləcək. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən ilin may ayında milli təhlükəsizlik baxımdan Çinin adıçəkilən və bəzi başqa şirkətləri ilə iş görməyi, onlara mal və texnologiya satmağı məhdudlaşdıran qaydaya dəyişiklik ediləcək. Belə ki, "Huawei"nin "qara siyahı"ya salınması onun iştirak etdiyi qurumlarda 5G standartlarını hazırlamaqda ABŞ şirkətlərinin də iştirak etməsini çətinləşdirmişdi. Hazırkı qərar da həmin çətinliyi aradan qaldırmağı hədəfləyir. "ABŞ qlobal yeniliklərdəki lider mövqeyini əldən verməz. Bu qərar bizim iqtisadi və milli təhlükəsizliyimizi gücləndirmək və qorumaqda amerikalıların fərasətindən yararlanmağın zərurətini əks etdirir", - deyə Ticarət naziri Uilbur Ross açıqlamasında qeyd edib. Sözügedən qərar İT sahəsində lider təşkilat olan İTİC (İnformation Technology İndustry Council – İnformasiya Texnologiyalar Sənayesi Şurası) tərəfindən dəstəklənib. Təşkilatın Asiya siyasətinə dair baş direktoru Naomi Uilson bildirib: "ABŞ şirkətləri üçün bu fəaliyyətlərdə iştirak etmək böyük əhəmiyyət daşıyır. Onların bu sahədəki mövqelərini "Huawei" kimilərinə güzəştə getməyə məcbur olması yalnız Çinin mənafeyindədir".
Sizin Reklam Yeriniz