Əlaqə Arxiv
news Image
2020.07.18
19:53
| A A A
"FF AZE Hacker Team" erməni xakerlərin hücumu barədə məlumat yaydı
14 Iyul 2020ci ildə erməni xakerləri tərəfindən Azərbaycan ip adreslərinə hücumlar həyata keçirilmişdir. Hücum zamanı Azərbaycan vətəndaşlarının İP adreslərinə daxil olaraq vətəndaşların Modemlərini və Kameralarını sındırmışdılar. 1400-dən çox modem və kamera ip adresləri, istifadəçi adları və şifrələri paylaşılmışdır. Siyahını Pastebin-ə yerləşdirmişdilər. pastebin. com/Zaui3vPv Siyhahı hücumlar vasitəsi ilə "FF AZE Hacker Team" tərəfindən sildirilmişdir. Bu hücumlar zamanı xakerlər sizin hansı məlumatlarınızı əldə edə bilərlər? 1) Kameralara aid olan ip-lərdən yalnız sizi müşahidə edə bilər və yaddaşa alınmış videoları öz kompyuterlərinə yükləyə bilərlər. 2) Modemlərinizə müdaxilə zamanı isə bu modemə qoşulan bütün cihazlardan(kompyuter və mobil) internetdə daxil etdiyiniz məlumatları əldə edə bilərlər. (Məlumatlar siyahısında sizin səhifələrdə qeyd etdiyiniz istifadəçi adlarınız, şifrələriniz və bank kartlarınız məlumatları ola bilər) Bunun üçün xakerlər sizin Modemin dns serverlərini dəyişdirirlər və sizin bütün məlumatlar onların serverləri üzərindən keçir. (Şəkil 1) Network Security FTZ1.jpeg Hansı model modemlər və kameralar sındırıla bilər? 1) Kamera modellərinə hall hazırda Hikvision modeli daxildir. 2) Modemlər siyahısına isə TP-LINK, ZTE, D-Link, Tenda, Mikrotik RouterOS, Netgear, QNAP, Linksys. Necə qorunmaq lazımdır? 1) Modemlərin və Kameraların standart şifrələrini dəyişdirmək lazımdır. (admin:admin, admin:123456 bu kimi şifrələrdən istifadə etməyin) 2) Şifrədən asılı olmayaraq köhnə modemlərin və kameraların şifrələri sındırıla bilir. Bunun qarşısını almaq üçün isə köhnə modem və kameraların "firmware"(Proşivka)-ları yenilənməlidir.
Sizin Reklam Yeriniz