Əlaqə Arxiv
news Image
2020.09.21
14:26
| A A A
“WhatsApp”da yeni funksiya işə salınacaq

“WhatsApp” messenceri bir hesaba bir neçə qurğunun bağlanmasına imkan verən funksiya işə salır.

Mövqe.az-ın məlumatına görə, bu funksiyanın yekun versiyası artıq hazırdır və yaxın zamanlarda beta-sınaqlar işə salınacaq.

Yeniliyə əsasən, “WhatsApp”da “Əlaqəli qurğular” düyməsi peyda olacaq.

Bu funksiya vasitəsilə bir hesaba 4-dək qurğu bağlana biləcək. Bir dəfə bağlandıqdan sonra digər qurğulardan hesaba smartfonun köməyi olmadan qoşulmaq mümkün olacaq. Həmin qurğularda yazışma tarixçəsini, oxunma işarəsini sinxronlaşdırmaq mümkün olacaq.

Sizin Reklam Yeriniz