Əlaqə Arxiv
news Image
2017.07.15
12:00
| A A A
Alimlər beyin siqnallarının şifrlərini açmağa başlayıb

ABŞ-ın Vaşinqton Universitetinin beyinin tədqiqi ilə məşğul olan mütəxəssisləri real vaxt rejimində beyin siqnallarının şifrlərini yüksək dəqiqliklə açmağa nail olublar.Belə ki, alimlər  neyronların epileptik aktivlik mənbələrini dəqiqliklə müəyyənləşdirmək üçün yeddi nəfər epilepsiya xəstəsinin gicgahına bir həftəlik müddətə elektrodlar yerləşdiriblər.Elektrodların daimi aktivliyinə görə  xəstələrin  beyin siqnalları qeydə alınıb.  Movqe.az  "4pda.ru" resursuna istinadən yazır ki, beyinlərinə elektrodlar yerləşdirilən bütün xəstələrə 400 millisaniyə ərzində evlərin və müxtəlif insanların ağ-qara şəkilləri göstərilib. Bu zaman sistem gicgahdan gələn siqnalları qeydə alıb və alimlərə 20 millisaniyə ərzində 96 faizlik dəqiqliklə insanın nəyi görməsini nümayiş etdirib.Texnologiya müasir nevrologiyanın ən çətin problemlərindən biri - "özünə qapanan insan" sindromunun həllinə kömək edə bilər. Bu sindrom xəstənin bütün əzələlərinin tam iflic olmasına görə kənarda baş verən hadisələrə reaksiya verməməsi ilə səciyyələndirilir.Hazırda belə xəstələrlə yeganə ünsiyyət vasitəsi rolunu gözün köməyi ilə informasiyanın ötürülməsi oynayır.

 

Sizin Reklam Yeriniz