Əlaqə Arxiv
news Image
2016.11.23
11:53
| A A A
Diqqət: bu video açılsa, telefon kilidə düşəcək

Məşhur "Vine" tətbiqinin Çin versiyası "Miaopai"də yerləşdirilən videolardan biri "iPhone" modellərinin kilidlənməsinə səbəb olur.

Movqe.az "Hürriyet"ə istinadla bildirir ki, sosial şəbəkəyə yerləşdirilən 5 saniyəlik video virus deyil. Lakin o video açılan zaman telefon sönür.

Telefon açılan zaman problem yaşana bilər. Bu zaman əsas düymə ilə telefonu kilidə salan düyməni 8 saniyə ərzində sıxıb saxlamaq lazımdır.

Qeyd edək ki, "Apple" şirkəti hələ məsələ ilə bağlı açıqlama verməyib.

Sizin Reklam Yeriniz