news Image
2016.11.29
23:00
| A A A
"Youtube" hacker kanallarını dəstəkləyir?

Youtube bir çoxlarımızın sevərək istifadə etdiyi video platformalardan biridir. Amma yaxın zamanlarda verilən məlumat Youtube haqda bəzi mənfi fikirlərin ortaya çıxmasına səbəb olub.

Movqe.az technote.az-a istinadən bildirir ki, Youtube hackerlər üçün öyrədici videolar yayımlanmasına şərait yaradır. İddialara görə Youtube kiber təhlükəsizlik məsələlərində bir qədər təhlükəli xarakter daşımağa başlayıb. Təhlükəsizlik şirkəti Proofpoint-in verdiyi məlumata görə Youtube-da hackerlər üçün bir çox sənədlər yer almaqdadır.

Proofpoint, Youtube-da hackerlər üçün öyrədici videoların olduğunu və bu videolar sayəsində şəxsi məlumatların necə ələ keçirildiyinin göstərilirdiyi bildirilir.

Həmçinin şirkət bildirib ki, Youtube vasitəsilə bəzi şəxsi məlumatların da necə satıldığı da öz əksini tapmaqdadır. Hackingi öyrədən belə videoların açıqlama qismində fərqli saytlara yönləndirən linklər də yer almaqdadır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Burda digər maraqlı məqam isə Youtube-un belə kanallara müdaxilə etmək istəməməsidir. Çünki adi halda müəyyən bir videoda yer alan arxa plan musiqisi müəllif hüquqlarının pozulması əsas gətirilərək silindiyi halda hacker yetişdirən belə kanallara heç bir müdaxilə edilməməsi şübhəlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs