Əlaqə Arxiv
news Image
2016.11.30
14:36
| A A A
DİQQƏT: İnternet xidmətləri vergiyə cəlb ediləcək

Azərbaycan Vergilər Nazirliyi internet vasitəsilə göstərilən xidmətlərin vergiyə cəlb edilməsi məsələsi üzərində daha intensiv işləyəcək.

Movqe.az-ın məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, elektron ticarətin vergiyə cəlb edilməsi məsələsi çoxdan gündəlikdə duran məsələdir və nazirlik artıq bir neçə ildir bu istiqamətdə ciddi işlər aparır.

O əlavə edib ki, bu, dünya miqyasında artıq uzun müddətdir mövcud olan, sabit bir trenddir: "Bu, dünyanın bir çox ölkələrində var, artıq yanvarın 1-dən Rusiya da tətbiqinə başlanır"./trend/

Sizin Reklam Yeriniz