news Image
2016.11.30
20:00
| A A A
900.000 alman istifadəçi internetsiz qaldı

Almaniyada 900.000 istifadəçi internetsiz qalıb.

Belə ki, uğursuz hacker hücumu nəticəsində Almaniyanın "Deutsche Telekom" şirkətinin 2 milyon istifadəçisindən 900.000-i zərər çəkib. Şirkətin verdiyi məlumata əsasən hackerlər istehlak routerlərini ələ keçirmək istəyiblər. Bunun nəticəsində yüz minlərlə insan internetsiz qalıb.

Movqe.az technote.az-a istinadən bildirir ki, internetdə nasazlıqlar 27-28 Noyabr tarixlərində qeydə alınıb. Güman olunur ki, hackerlər daha böyük hücum üçün cihazları ələ keçirməyə çalışıblar. Şirkət bildirib ki, hackerlər routerləri zərərli tətbiqlərlə yoluxdurmaq istəyiblər. Lakin onların bu istəkləri alınmayıb. "Deutsche Telekom", internetdəki problemi aradan qaldırmaq üçün artıq yenilənmiş proqram təminatını təqdim etməyə hazırlaşır. Şirkət həmçinin routerlərin zərərli tətbiqlərdən təmizlənməsi üçün onları söndürüb yenidən işə salmalarını istifadəçilərə tövsiyyə edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs