Əlaqə Arxiv
news Image
2016.11.30
17:12
| A A A
Zukerberqin "Facebook" statusları silinib

"Facebook"un yaradıcısı və rəhbəri Mark Zukerberqin bir neçə statusu sosial şəbəkədən silinib.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, noyabrın 29-da M. Zukerberqin 10-a qədər yazısının yoxa çıxdığı məlum olub. Bunlar seçkilər və "Facebook"da yalan xəbərlərin yayılması mövzusunda postlar imiş. Bir müddət sonra onlar bərpa edilib.
 
Şirkətin nümayəndəsi hadisənin təsadüf nəticəsində baş verdiyini açıqlayıb: "Bu, bizim sistemlərimizdən birinin səhvi ucbatından baş verib. Markın akkauntu sındırılmayıb".
 
M. Zukerberqin silinən postlarından biri (12 noyabr tarixli) ABŞ-dakı seçkilər, "Facebook"da uydurma məlumatların yayılması və "komplo nəzəriyyəsi" ilə bağlı olub. 19 noyabr tarixli digər statusunda isə o, uydurmalarla mübarizə planını təqdim edib.

Sizin Reklam Yeriniz