Əlaqə Arxiv
news Image
2016.12.06
20:00
| A A A
“Instagram”da 2016-cı ilin ən populyar TOP-5-liyi

"Instagram" sosial şəbəkəsi 2016-cı ilin ən populyar TOP-5-liyini dərc edib.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, "Instagram"ın ən populyar istifadəçilərinin reytinqinə 103 milyon izləyici ilə Selena Qomez başçılıq edib.

Onun ardınca 93,3 milyon izləyici ilə Teylor Svift gəlir. Bu siyahının üçüncüsü 90,3 milyon izləyici ilə Ariana Qrandedir. İzləyici sayına görə dördüncü yeri 89,3 milyon nəfərlə müğənni Beyonse, beşinci yeri isə 88,3 milyon izləyici ilə Kim Kardaşyan tutur.

Rusiya reytinqini 7,6 milyon izləyici ilə aktrisa Nastasya Samburskaya açır. İkinci olan reper Timatinin 7,4 milyon izləyicisi mövcuddur. Üçüncü yeri hərəyə 7,1 milyon izləyici ilə Olqa Buzova və Kseniya Borodina bölüşdürür. Populyar "İnstagram" istifadəçilərinin beşliyini isə 6,9 milyon izləyici ilə model İrina Şeyk qapayır.

"İnstagram" şəkil xidmətinin reytinqində daha populyar şəhərlər arasında isə Nyu-York, London, Moskvanın adları çəkilir. Sosial şəbəkədə istifadəçilər tərəfindən daha çox istifadə olunan həştəq isə #Love sözüdür.

Qeyd edək ki, "İnstagram" foto xidmətinin istifadəçilərinin ümumi sayı 500 milyonu keçib. Bir çox tanınmışlar bu sosial şəbəkənin köməyi ilə öz həyatının ən parlaq anlarının bir hissəsini pərəstişkarları ilə bölüşürlər.

Sizin Reklam Yeriniz