Əlaqə Arxiv
news Image
2016.12.09
19:00
| A A A
Sosial şəbəkələrdəki reklam xərcləri 50 milyard dollara çatacaq

“Zenith Optimedia” media agentliyinin tədqiqatına görə, 2020-ci ilə qədər sosial şəbəkələrdə reklam xərcləri 50 milyard dollar təşkil edəcək.

Movqe.az  məlumatına görə, bunu reklamın bu istiqamətinin populyarlığının stabil və sürətli inkişafı sübut edir. 

Mütəxəssislər sosial şəbəkələrdəki reklam bazarını araşdırıblar və stabil artımı qeyd ediblər. Bu, internet resurslarının bu növünün populyarlığının artması ilə izah olunur. Həmçinin sosial şəbəkələrdə video reklam da inkişaf edir. Analitiklər hesab edirlər ki, 2020-ci ilə qədər video reklamın payı 34 milyard dollar təşkil edəcək.

Bu gün sosial şəbəkə istifadəçiləri onlayn reklama təxminən 29 milyard dollar vəsait xərcləyirlər. Artıq 4 ildən sonra bu göstərici 72 faiz artaraq, jurnal və qəzetlərdə reklamın səviyyəsi ilə eyniləşəcək. Sosial şəbəkələrdəki reklamın populyarlığının artımına hətta dünyadakı iqtisadi təhdidlər də təsir etməyəcək./lent.az/

Sizin Reklam Yeriniz