Əlaqə Arxiv
news Image
2017.01.06
14:33
| A A A
Tanış olun: Samsung Galaxy S8 - FOTO

Cənubi Koreyanın "Samsung" korporasiyası "Samsung Galaxy" smartfonlar seriyasından yeni, "Samsung Galaxy S8" adlı modeli hazırlayıb.

Movqe.az milli.az-a istinadən bildirir ki, Çində Twitter-in analoqu olan Weibo mikrobloqinq servisində yeni modelin ilk fotoları paylaşılıb.

"Samsung Galaxy S8"in displeyinin kənarları əyridir. Smartfonun sağında enerji yığma düyməsi, solda isə səs tənzimləyici düymə var.

Ekranın altındakı ənənəvi klaviş yoxdur və onun yerində "Samsung" loqotipi mövcuddur. Çox yəqin ki, yeni modeldə naviqasiya ekran klaviaturası vasitəsilə gerçəkləşdiriləcək. Ümumiyyətlə isə yeni modelin dizaynı mövcud "Samsung Galaxy"lərdən ciddi fərqlənmir.

The Wall Street Journal-ın məlumatına görə, "Samsung"un yeni flaqmanının rəsmi təqdimatı apreldən sonra olacaq.

Sizin Reklam Yeriniz