Əlaqə Arxiv
news Image
2017.01.07
11:00
| A A A
Milyonlarca Android istifadəçisi Telegram-dan məhrum oldu

Telegram heç bir xəbərdarlıq etmədən öz dəstəyini Android platforması üzərindən çəkib.

Movqe.az milli.az-a istinadən bildirir ki,Telegram tətbiqi ölkəmizdə bir çox istifadəçilər tərəfindən geniş istifadə olunan platformalardan biridir. Amma artıq bəzi Android istifadəçiləri bu məsajlaşma vasitəsindən istifadə edə bilməyəcək. Çünki Telegram Android 2.2, Android 2.3 və Android 3.0 versiyalarından dəstəyini çəkib. Bundan sonra Telegram istifadə etmək istəyən Android istifadəçiləri ən azından Android 4.0 İce Cream Sandwich-ə sahib olmalıdırlar.

Telegram nümayəndələrinin verdiyi məlumata görə bu platformanın aylıq istifadəçi sayı 100 milyon təşkil edir. Bundan əlavə hər gün 350.000 yeni istifadəçi tətbiqin istifadəçisinə çevrilir. Platformadan istifadə edən Android istifadəçiləri təqribən 14% təşkil edir. Android 2.2, Android 2.3 və Android 3.0 versiyası isə ümumilikdə 19 milyon 600 min cihazda istifadə olunur.

Telegram nümayəndələri mövzu ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib. Telegramın belə bir addım atmasının səbəbi sistemi daha irəli səviyyədə inkişaf etdirməklə əlaqədar ola bilər.

Sizin Reklam Yeriniz