Əlaqə Arxiv
news Image
2017.03.23
14:30
| A A A
Molekulyar ötürücülü ilk smartfon hazırlanıb

CES 2017” sərgisi çərçivəsində molekulyar ötürücülü ilk smartfon təqdim edilib.

Movqe.az xəbər verir ki, “Changhong H2” adlanan bu smartfon əsl dərmanları, zinət və digər əşyaları daxili quruluşlarına görə saxta versiyalarından ayıra bilmək bacarığına malikdir. Cihaz molekulyar ötürücünün bazasında hazırlanan, infraqırmızı spektroskopiya əsasında çalışan skanerlə təchiz olunub. “Changhong H2” hər hansı bir əşyaya işıq şüasını yönləndirən zaman ötürücü həmin obyektin materialının spektrini əldə edir. Beləliklə, materialın tərkibini molekulyar səviyyədə öyrənmək mümkün olur.

İşlənmə sahəsi geniş olan bu smartfon vasitəsilə mağazalardakı ərzaqların tərkibini də müəyyənləşdirmək mümkündür. Hətta istehsalçılar bu smartfon vasitəsilə meyvələri skan edib onların arasında ən yaxşılarını (tərkibində nitrat olmayan) seçməyi məsləhət görürlər. Bundan əlavə, cihaz orqanizmdə olan yağın miqdarını da ölçə bilir. Bu funksiya isə idmançılar və çəki atmaq istəyənlər üçün aktualdır.

Cari ilin əvvəllərində Çində satışa çıxarılacaq “Changhong H2”nin qiyməti 400 ABŞ dolları olacaq./AzərTac/

Sizin Reklam Yeriniz