Əlaqə Arxiv
news Image
2017.01.18
19:00
| A A A
WhatsApp Desktop rəsmi olaraq Mac kompüterləri üçün təqdim olundu

 

Bugün Mac App Store online mağazasında sözügedən messencerin, Mac-lar üçün desktop versiyası təqdim olunub. Bu versiya, messencerin brauzer versiyasındakı məhdudiyyətlərdən məhrum olub. Desktop versiya brauzer versiyadan istifadədə dəfələrlələ rahatdır. Təkcə brauzeri işlək vəziyyətdə qoyub və onda çat bölməsini axtarmaq funksiyasının olmaması yeni insanları cəlb edəcək. Desktop versiyanın yeganə mənfi cəhəti, onun smartfondan asılı olmasıdır. Belə ki, tətbiq güzgü rejimində işləyərək smartfondakı ismarıcları əks etdirir. Yəni, smartfonsuz, tətbiq ayrıca çalışa bilmir. Mac-da tətbiqin dizaynı maraqlı və rahat şəkildə tərtib edilmişdir. Bu versiyada macOS istifadəçilərinə səsli zənglər, foto, video və sənəd göndərmə özəllikləri təqdim olunub. WhatsApp DesktopOS X 10.9 əməliyyat sistemli Mac kompüterləri üçündür. 

tecnote.az

Sizin Reklam Yeriniz