Əlaqə Arxiv
news Image
2017.01.23
12:55
| A A A
"Apple", gələcək iPhone modellərində bu vacib funksiyadan imtina edəcək

İstifadəçinin identifikasiyasını həyata keçirən məşhur texnologiyanı, üzün iki səviyyəli identifikasiyası əvəz edəcək. Movqe.az-ın "Technote.az"a istinadən verdiyi xəbərə əsasən bu bəyanatı, "KGI Securities” şirkətinin analitiki Ming-Chi Kuo səsləndirib. Qeyd etmək lazımdır ki, bu mütəxəssis, "Apple” ilə bağlı proqnozlarında çox nadir hallarda yanılır. Barmaq izi skanı ilk dəfə 2013-cü il iPhone modelində reallaşdırılmışdı. Sözügedən texnologiyanın birinci nəsli, iPhone 5s, iPhone 6, iPhone 6 Plus vəiPhone SE modellərində var. iPhone 6s, iPhone 6s Plus, iPhone 7 və iPhone 7 Plus modelləri isə texnologiyanın ikinci nəsli ilə təchiz olunublar. "AuthenTec” şirkətinin istehsalı olan bu ötürücülər, barmaq izini, 500 ppi-da skanını həyata keçirirlər. Kuo güman edir ki, "Apple” hal-hazırda, birbaşa ekrana inteqrasiya olunan ultrasəs ötürücülərinin istehsalçıları ilə danışıqlar aparır. Bundan əlavə olaraq iPhone 8 modelində istifadəçinin üzünün identifikasiyası texnologiyasının da olacağı gözlənilir. Bu üsul ilə sistem, kameradakı görüntünü, smartfonun yaddaşındakı istifadəçinin fotoları ilə müqayisə edəcək. Əgər istifadəçinin üz xüsusiyyətləri onun fotoları ilə uyğun gələrsə onda iPhone avtomatik olaraq blockdan çıxacaq. Sözügedən üsul, istifadəçinin smartfonunu, barmaq izi skanına nisbətən daha toxunulmaz edir.

Sizin Reklam Yeriniz