Əlaqə Arxiv
news Image
2017.01.25
19:30
| A A A
1 saniyəyə məqalə yazan jurnalist

Çinli proqramçılar tərəfindən yaradılmış “Syao Nan” adlı robot-müxbir məqalə yazmağı öyrənib. Bunun üçün ona jurnalistika fakültələrində tələbələrin sərf etdiyindən daha az vaxt lazım olub.
Movqe.az xəbər verir ki, artıq Syao Nanın ilk 300 simvoldan ibarət materialı “Southern Metropolis Daily” nəşrində dərc edilib. Bahar Festivalına edilən səfərə həsr olunmuş mətnin yazılması üçün cəmi 1 saniyə sərf olunub.
İstehsalçıların sözlərinə görə, Syao botu məlumatları adi jurnalistlərdən daha tez təhlil edərək mətn yazır ki, bu da tezliklə xəbər resurslarının bu robotlardan jurnalist, redaktor və müxbir assistentləri kimi istifadə etməyə başlayacağını göstərir.
Pekin Universitetinin professoru, robot-jurnalistin ixtiraçısı Van Syaotszyun bildirib ki, proqram artıq müxtəlif həcmli mətnləri yaza bilir. Lakin professor jurnalistləri “sakitləşdirmək” üçün proqramın çatışmazlıqlarından da söz açıb: “Məsələn, robot müsahibə ala, qarşılıqlı və əlavə suallar verə, müəyyən mövzuda fikir mübadiləsi apara bilmir. Hər kəs yaza bilər, lakin xəbəri maraqlı təqdim etməyi nəinki robot, hər insan da bacarmır. Bir sözlə, həmkarlar Syao Nan öz ixtiraçısından müsahibə alanadək rahat yata bilərlər”.

publika.az

Sizin Reklam Yeriniz