Əlaqə Arxiv
news Image
2017.01.27
14:22
| A A A
"Facebook"dan daha bir yenilik

Snapçatdan İnstaqrama transfer olan və istifadəçilərin marağına səbəb olan “Hekayə”lər (stories)  xüsusiyyəti indi də “Facebook”a gəlir.

Movqe.az-ın məlumatına gör, “Facebook Hekayələri” (Facebook Stories) ad və istifadə baxımından Snapçat "Hekayə"ləri ilə demək olar ki eynidir.

Yenilik istifadəyə veriləndən sonra istifadəçilər fərqli filtr imkanları ilə bir dəqiqəlik hekayələr yaradacaqlar.

Sınaq üçün İrlandiyada istifadəyə verilən “Facebook Hekayələr” Android və iOS istifadəçiləri üçün təqdim edilir.

Qeyd edək ki, “Hekayələr” 2016-ci ilin avqustundan İnstaqamda istifadəçilərə təqdim edilib.
Açıqlanan son rəsmi rəqəmlərə görə İstaqam "Hekayələr”indən gündə 150 milyon aktiv istifadəçi faydalanır.

axşam.az

Sizin Reklam Yeriniz