Əlaqə Arxiv
news Image
2017.01.30
12:52
| A A A
Telefonunuzun əsl sahibi əslində siz deyilsiniz!
İstifadə etdiyiniz ağıllı telefona nə qədər pul verdiyinizi bilmirik ancaq; o telefonun əsl sahibinin siz olmadığınızı desək nə fikirləşərsiniz?

Telefonlar artıq sadəcə insanları axtarmaq ya da onlara mesaj atmaq üçün istifadə etdiyimiz cihazlar deyil. Və artıq Snake (ilan)oyununu oynamaq, telefonunuz ilə edə biləcəyiniz ən maraqlı iş deyil.

Günümüzdəki telefonlar, bir vaxtların Nokiaları ya da Motorollalarının əksinə daha çox kompüter kompüterlər kimidir. Hətta kimidir yox, əslində hamısı bir cib kompüteridir. Və bu "kompüterlər” üçün proqramlar hər keçən gün daha da vacib hala gəlir.

 

Lakin bu proqramlar ilə birlikdə ağıllı telefonların idarəsi əslində yavaş-yavaş əlinizdən çıxır. Yəni başqa cür desək; Telefonlarınızın sahibi əslində sizlər deyilsiniz!

Buna ən gözəl nümunə olaraq Note 7-ni göstərə bilərik. Batareyadan yaranan problemlər səbəbi ilə satışı dayandırılan və dünya üzrə geri çağırılan Note 7 cihazlarını bir çox insan istifadə etməyə davam edirdi. Bundan sonra Samsung, bir yenilənmə paylaşaraq telefonların bir çox xüsusiyyətini təsirsiz hala gətirdi. Bu yenilənmə ilə nə telefonunuza taxdığınız SIM kart aktiv olurdu, nə də cihaz internətə qoşula bilirdi. Əlinizdə sadəcə girib menyusunda gəzəbiləcəyiniz bir Note 7 qalırdı. Yəni başqa bir deyişlə, pul verib aldığınız cihaz, cihazı hazırlayan şirkətin istəyi ilə istifadəsiz qala bilir.

Və bu hadzisə sadəcə Note 7 ilə sərhədlənmir. Samsung-dan HTC-yə, LG-yə hətta iPhone-lara və Lumia-lara qədər, ağlınıza gələbiləcək hər cür Android, iOS ya da digər əməliyyat sistemləri ilə işləyən cihazları götürək. Bütün bu əməliyyat sistemlərini istifadə edərkən, o əməliyyat sistemi əsasındakı proqram təminatı qaydalarını da qəbul etmiş olursunuz. Ancaq bilmədiyiniz bir şey var; o qaydalar çox da məsum şeylər deyil.

Təbiiki bunu çoxunuz bilmirsiniz çünki heçbirimiz proqram təminatı qaydaları ilə əlaqəli məlumatları oxumuruq. Əgər oxusaq, qarşılaşacağımız şey bu olacaq: proqram təminatının sahibləri siz deyilsiniz. Telefonu aldığınız zaman proqram təminatını da satın almırsınız. Sadəcə onu istifadə edirsiniz. Bu vəziyyətdə telefonunuzun sahibinin siz deyil, proqram təminatının sahibi olan firmanın olduğunu anlamırsınız.

Buna görə də Samsung, sadəcə bir yenilənmə ilə Note 7-lərin bütün funksiyalarını sonlandıra bilir. Çünki telefonların əsl idarəsi proqram təminatı şirkətlərinin əlindədir. Təbii ki bu vəziyyət sadəcə Samsung ilə əlaqədar deyil.

Bütün firmalar üçün oxşar şeylər keçərlidir.

Nəysəki bu telefonları və proqram təminatlarını hazırlayan firmalar, pis niyyətli firmalar deyil. Məqsədləri sadəcə məhsullarını bəyənmənizə şərait yaratmaqdır. Xüsusiyyətləri artırılan cihazlar, inkişaf etdirilən proqramlar, həmişə bizə daha yaxşı istifadə təcrübəsi təqdim etmək üçündür.

Ancaq ya bu firmaların məqsədləri pis olsaydı necə?

 

Bu telefonun kilidi açıla bilər və fərqli bir əməliyyat sistemi yüklənə bilər. Lakin telefonun içində yerləşən proqram təminatını dəyişdirmək mümkün deyil çünki proqram təminatının idarəsi sizin əlinizdə deyil. Telefonlarımıza jailbreak ya da root-lamaq kimi şeylər edə bilirik. Lakin bunlar da proqram təminatının idarəsini ələ almamıza şərait yaratmır. Təbii ki bu vəziyyət telefon və proqram təminatı istehsalçılarının qapınıza bir polislə gəlib telefonunuzu əlinizdən alacağı ya da size istəmədiyiniz formada proqram təminatlarını istifadə etməyə məcbur edəcəyləri mənasına gəlmir. Beləki sizə təklif etdikləri xidmətləri bəyəndiyiniz halda , qarşılıq olaraq bu cihazlara və proqram təminatlarına yaxşı pul ödəyirik. Yəni ortada iki tərəfli bir alış-veriş mövcuddur.

 

Samsung-dan və Note 7-dən nümunə verdik amma, Samsung-un Note 7-yə istiqamətlənmiş yenilənmə siyasəti əslində istifadəçilərin təhlükəsizliyi üçün edilmişdi. Yəni hazırda bunu rahatlıqla deyə bilərik ki; proqram təminatı firmaları, müştərilərinə daha yaxşı bir cihaz istifadəsi təqdim etməyi hədəfləyirlər.

Ancaq bu vəziyyət, -bir dəfə daha təkrarlanmaq lazım olsa- telefonların real sahiblərinin bizlər olmadığı reallığını dəyişdirmir.

Tecnote.az

Sizin Reklam Yeriniz