Əlaqə Arxiv
news Image
2017.04.30
12:30
| A A A
Dünyada ən ucuz internet hansı ölkədədir?

İran ən ucuz internetə malik ölkələrin ilk üçlüyünə daxil olub. Movqe.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Content Review" analitik şirkətinin hesabatında deyilir.

Məlumata görə, ən ucuz mobil internetin olduğu ölkələrin reytinq siyahısında ikinci yerdə Rusiya, üçüncü yerdə isə Polşa qərarlaşıb. Reytinqə başçılıq edən İranda isə 1 GB internetin qiyməti 40 qəpik təşkil edir. Bu yaxınlarda ölkədə bu xidmətin qiyməti 13 faiz aşağı salınıb. Rusiyada 1 GB internetin qiyməti 3 manat 65 qəpik, Polşada bundan bir az bahadır.
 
Reytinq tərtib olunarkən mütəxəssislər 1 GB internet həcminin ötürülmə qiymətini nəzərə alıblar. Bu reytinqin anti-lideri Böyük Britaniyadır. Burada 1 GB internetin ötürülməsi 34 manat 66 qəpiyə başa gəlir.

Sizin Reklam Yeriniz