Əlaqə Arxiv
news Image
2017.01.31
20:32
| A A A
Apple-a yaxın YouTube kanalından bütün detalları ilə iPhone 8 videosu!

iPhone 8 həyəcanı texnologiya dünyasını əhatə etmişkən hər kəsdən bir səs çıxır və yeni dediqodular artmağa davam edir. Məşhur Apple-Texnologiya youtube kanalı EverythingApplePro, paylaşdığı bir videoda dediqoduları dəyərləndirdi və öz təxminlərini ortaya atdı.

iPhone 8-in dizaynının necə olacağı hər kəs üçün müəmmalıdır. Dediqodular hələ isti-isti ikən, EverythingApplePro adlı məşhur texnologiya kanalı, yeni çəkdiyi bir videoda öz təxminləri ilə texnologiya dünyasındakı dediqoduları qarşılaşdıraraq müzakirə etdi. Ən çox üzərində dayanılan "tamamilə şüşə korpus, gizli home düyməsi, kənardan kənara ekran, uzaqdan şarj” kimi mövzulara toxunulan videoda; yeni iPhone-un dizaynında yerə düşmək, suya düşürülmək kimi vəziyyətlərin də diqqətə alınacağı vurğulanır.

 


EverythingApplePro-nun müzakirə etdiyi dediqodularda iPhone 8-in, iPhone 4 və 4s-dən ilham alınaraq, cüt şüşə panelli olaraq dizayn ediləcəyi məlumatı var. Ancaq kanal buna inanmır. Hər nə qədər bu dizaynı bəyənsə də bazara çıxarılacaq dizaynın Galaxy S7-dəki kimi curved ekrana sahib olacağını irəli sürür. Videoda cihazın, kənardan kənara ekran texnologiyasına sahib olmayacağı iddia edilir, bunun səbəbini isə Apple-ın yeni hazırlanan texnologiyaları cihazlarında istifadə etmək istəməməsi ilə əlaqələndirir. Qəbul edək ki, biraz pozulsa da Steve Jobs-un gətirdiyi mükəmməllik standartlarına hələ də şirkət tərəfindən əməl edilir.

 


 

Tecnote.az

Sizin Reklam Yeriniz