Əlaqə Arxiv
news Image
2017.02.25
11:18
| A A A
Rusiyalı proqramçı, insana cavab verə bilən Terminator T800 robotunu yaradıb (VİDEO)

Robot, istifadəçinin suallarına cavab verə və internetdə lazım olan məlumatı tapa bilir. Robot üçün proqram üzərində Aleksandr 2009-cu ildə universitetdə oxuyan zaman başlayıb. O, süni zəka sisteminin kodunu, Visual Basic-də yazmışdır. Robotun texniki tərəfi ilə Aleksandr 2011-ci ildə məşğul olmağa başlamışdır. Terminatorun çertyojlarını Aleksandr-a 2013-cü ildə "Google” şirkəti göndərmişdi. Həmin vaxtlarda şirkət, müxtəlif cihazlar yığan insanlara köməklik kampaniyası keçirdirdi. Aleksandr isə şirkətə, robot yığmaq istədiyini bildirmişdi. Cavab olaraq ona 3D printer alınmasını və onda Terminator T800 modelinin hazırlanması məsləhət görülmüşdü. Cavab məktubunda həmçinin robotun yığılması barədə çertyojlar da var idi. Robot, plastik skeletdən və bir neçə hissələrdən ibarətdir. Həmin hissələr, robotun baş və çənə hissəsini hərəkətə gətirir. Bundan əlavə olaraq yaradılmış robot, hiroskop vasitəsilə məkanda öz yerini təyin edə bilir. Terminatorun qolları kimi qalan hissələri üzərində Aleksandr hələ də çalışır.

 

 

tecnote.az

Sizin Reklam Yeriniz