Əlaqə Arxiv
news Image
2017.03.03
11:39
| A A A
Facebook bu rəsm əsərinə qadağa qoydu

Facebook çılpaq qadın təsvir olunan rəsm əsərinin reklam edilməsinə qadağa qoyub.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, "Sevgili qadınlar" adlanan rəsm əsəri Avstraliya rəssamı Çarlz Blekmenə məxsusdur.
 
Facebook hesab edir ki, çarpayıda çılpaq uzanmış iki qadın və qara pişik təsvir olunan rəsm əsəri reklam məqsədlidir. Məhz bu səbəbə görə də onun hərrac evi Mossgreendə reklam olunmasına qadağa qoyulub.
 
Mossgreenin sahibi Pol Sammer sosial şəbəkənin bu qərarını təbəssümlə qarşılayıb. "Bu çox gözəl rəsm əsəridir. Rəsmdə heç bir seksuallıqdan söhbət gedə bilməz", - Pol Sammer BBC-yə açıqlamasında bunları söyləyib.
 
Facebook isə bu rəsmin sosial şəbəkədə reklam olunmasının istifadəçilərə neqativ enerji ötürdüyünü düşünür: "Biz belə reklama tolerant ola bilmərik".
 
Sammer hərrac evinin bu rəsm əsərinə ilk qiymətini açıqlayıb: 34 min dollar. Hərrac gələn həftə başlayacaq.
 
"Heç kim Facebookun qadağasından sonra bu əsər haqqında bir kəlmə də deməyib", - Sammer deyib. Onun sözlərinə görə, rəsmə baxan yeniyetmə qız qadağanın səbəbini öyrənəndə gülüb.
 
Xatırladaq ki, qadağa qoyulan bu rəsm əsərinin müəllifi Avstraliya rəssamı, 88 yaşlı Çarlz Blekmen keçən il "Şahmat oyunu" adlı rəsm əsərindən 1,4 milyon dollara yaxın vəsait əldə etmişdi.

Sizin Reklam Yeriniz