news Image
2017.03.03
14:12
| A A A
Gözdən əlil insanlar üçün inqilabi yenilik gəlir

Dünyada təxminən 285 milyon nəfərdən artıq gözdən əlil insan yaşayır bu insanlardan bir çoxunu çox gözəl xəbər gözləyir. Cənubi koreyanın "Dot" firması dünyada ilk dəfə olaraq Braille əlifbalı saatını hazırlayıb. Ən əsası isə bu saatın xüsusiyyətləri 21ci əsr texnlogiyalarından gözlədiyimiz kimidir. The Dot 4 aktiv Braille modulundan istifadə edərək mesajları sərgiləyir və istifadəçilər simvolların dəyişmə sürətini özləri tənzimləyə bilirlər. The Dot, Bluetooth vasitəsilə ağıllı telefonlara qoşula bilir və hər hansısa bir tətbiqetmədən və ya servisdən gələn mesajları qəbul edə bilir. İstifadəçilər kənardakı düymələr vasitəsilə sadə mesajlar da göndərə bilərlər. Eyni zamanda bu ağıllı saatın açıq API dəstəyi də var. Yəni, xüsusi olaraq bu saat üçün tətbiqetmələr hazırlamaq və mövcud tətbiqetmələri saata uyğunlaşdıraq mümkündür.  Bir müddətdir ki gözdən əlil insanlar üçün müxtəlif rəqəmsal xidmətlər mövcuddur, ancaq, bunların əksəriyyəti səslərdən istifadə edir. Bu da öz növbəsində müəyyən problemlərə səbəb ola bilir. Çünki, istifadəçi ya qulaqlıq taxmağa, ya digər səslərdən uzaqlaşmağa, ya da ətrafdakı bütün insanların eşidəcəyi bir səslə danışmağa məcbur olur Bundan başqa, Braille əlifbasından istifadə edən digər cihazlar həm çox bahadır həm də bir o qədər rahat deyil. Görmə qabiliyyətini itirən insanlardan sadəcə 5 faizi bu cihazlardan istifadə edə bilir.  The Dot 3 ildir hazırlıq mərhələsində idi. Yaxın zamanlarda isə özünün 140 min dəstəkçisinə saatları çatdırmağa başlayacaqlar. (Bundan başqa Stevie Wonderin də öz müştərilərindən biri olduğunu iddia edirlər.) Şirkət Mart ayından başlayaraq 2017ci ildə təxminən 100 min, növbəti il isə qalan 40 mini insanlara çatdırağı planlaşdırır.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs