news Image
2017.03.05
13:00
| A A A
İnternet zaman anlayışını dəyişir

İnternet zaman anlayışını fərqli edirmiş. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Kent Universitetinin əməkdaşlarının apardıqları  araşdırma nəticəsində məlum olub. Belə ki, yeni təcrübə üçün onlar 44 könüllünü cəlb ediblər. Onlara 20 təsvir göstərilib. Onların hər birinə  iştirakçılar  müəyyən vaxt ərzində baxıblar. Təsvirlərdən 5-i Facebook-dan, daha 5-i ümumiyyətlə internetdən götürülüb, qalan şəkillər isə neytral olub.
 
Movqe.Az  bildirir ki, könüllülərdən  təsvirlərə nə qədər baxdıqları soruşulub. Araşdırmalarda hər iki halda iştirakçılar üçün zaman dərkinin fərqli olduğu üzə çıxıb. Məlum olub ki, ümumilikdə internetlə bağlı olan fotolara nisbətən Facebook-la əlaqədar təsvirlərdə insanlar  zamanı dəyərləndirə bilməyiblər.
 
Bundan əvvəl  Mayns  Universiğtetinin  alimləri müəyyənləşdirmişdilər ki, depresiya zaman anlayışını pozur. Mütəxəssislər  16 araşdırmanı analiz ediblər. Ümumilikdə  sınaqda 433 depresiyalı və 485 depresiyasız insan iştirak edib. Elm adamlarının qənaətinə görə, depresiyadan əziyyət çəkənlər elə düşünür ki, zaman çox asta gedir, ya da vaxt ümumiyyətlə keçmir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs