Əlaqə Arxiv
news Image
2017.03.08
11:38
| A A A
NASA yeni proqram hazırlayıb

ABŞ Kosmik Agentliyi (NASA) internet istifadəçiləri üçün proqramlar kataloqu təqdim edərək hamının kosmosu müstəqil şəkildə tədqiq etməsinə imkan yaradıb. Kataloqlara kosmik məkanın dərindən tədqiqi üzrə servislərlə yanaşı, mühəndislər üçün peşəkar proqram təminatı daxildir.

Movqe.az milli.az-a istinadən bildirir ki, agentlik, həmçinin layihələrin populyarlaşdırılması üçün proqram və kitabxana kodlarından ümumi və pulsuz istifadəyə şərait yaradıb. Yeni kataloqda çoxlu müxtəlif proqramlar, o cümlədən astronavtlar haqqında uşaq oyunları, uçan aparatların hazırlanması üçün nəzərdə tutulan məhdud ixtisaslı proqram təminatı yer alıb. Bundan başqa, Yerin və onun ətrafındakı peyklərin, kosmik məkanın müxtəlif sahələrinin müşahidəsi və ya planetin yeni fotoşəkillərinin əldə edilməsi üçün proqramlara da rast gəlmək olar.

Sizin Reklam Yeriniz