Əlaqə Arxiv
news Image
2017.03.20
16:30
| A A A
Bankomatlara yeni virus hücumu - XƏBƏRDARLIQ

Rusiyada müştərilərin bank hesablarından oğurluğa imkan verən yeni virus meydana gəlib. Yeni hücum barədə məlumat Mərkəzi Bank tərəfindən bazar iştirakçılarına göndərilən xüsusi məktubda izah olunub.

Movqe.az   report.az-a istinadən bildirir ki, virus bankomatın operativ yaddaşında yerləşir və fayl formasına malik deyil. Buna görə də antivirus proqramları tərəfindən müəyyən oluna bilmir. Xüsusi kodun yığılması ilə virus böyük nominallı pulların yerləşdiyi kassetdən pulların götürülməsinə şərait yaradır. Qeyd edək ki, virus müştərilərin hesabları barədə məlumatlara toxunmur. 

Bu proqramlar xaricdə meydana gəlib və hələ ki, Rusiyadakı bankomatlara hücum baş verməyib. Qeyd olunur ki, onlar "Windows" sistemi ilə işlədiyi üçün ölkədəki əksər avadanlıqları təhlükəyə atır.

Sizin Reklam Yeriniz