Əlaqə Arxiv
news Image
2017.03.28
17:55
| A A A
Bulvardakı pulsuz "WiFi”dan necə istifadə etmək olar?

Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verilən “Ictimai WiFi”-a qoşulmaq üçün istifadəçilər qeydiyyatdan keçməlidirlər.

Movqe.az-ın trend-ə istinadən məlumatına görə, qeydiyyatdan keçmək üçün istifadəçilər mobil telefon, "notebook", planşet və s. portativ cihazlarda şəbəkə siyahısında “Baktelekom”-u seçməlidirlər.

İstifadəçi açılan “Phone number” xanasına öz mobil telefon nömrəsini yazır və “Get password” düyməsini aktiv edir. Daha sonra sistem tərəfindən istifadəçinin mobil nömrəsinə SMS-lə şifrə göndərilir. Bu şifrə 3 saat ərzində aktivdir. İstifadəçi şifrəni “Password” xanasına daxil edərək ”Log In” düyməsini aktivləşdirir. Bununla da cihaz “İctimai Wi-Fi”a qoşulur.

SMS-lə göndərilən şifrə ilə yalnız 1(bir) cihazın pulsuz internetə qoşulması təmin olunur.

İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər.

Sizin Reklam Yeriniz