Əlaqə Arxiv
news Image
2017.04.04
23:00
| A A A
"Apple" şirkətini təhdid etmiş hackerlərdən biri ələ keçirildi

Britaniyanın cinayətkarlıqla mübarizə üzrə milli agentliyi, "Apple” şirkətini hədələmiş hackeri ələ keçirib.Məlumata əsasən ələ keçirilmiş 20 yaşlı gənc oğlan, Turkish Crime Family hacker qruplaşmasının üzvlərindən biridir. Onu dələduzluqda və kiberhücumda ittiham edirlər. Sözügedən hacker qruplaşması qeyd etmişdi ki, onların üzvlərindən biri onlarla əlaqə saxlamır. "Hal-hazırda onu, hacker qruplaşmasını yaratması və onu idarə etməsi barədə ittiham edirlər. Onun evində axtarış aparılan zaman onun dostu, orda olub və olan bitən bütün hər şeyi videoya çəkərək bizə göndərib” – deyə Turkish Crime Family qruplaşması bildirib. Qeyd edək ki, bu ayın ortalarında sözügedən hacker qruplaşması, "Apple” şirkətini hədələyirdi. Belə ki, şirkət onlara 75.000 dollar dəyərində bitcoin ödəməyəcəyi təqdirdə hackerlər, 300 milyon iPhone istifadəçisinin şəxsi məlumatlarını pozacaqlarını bildirmişdilər.

tecnote.az

Sizin Reklam Yeriniz