Əlaqə Arxiv
news Image
2017.04.07
22:35
| A A A
“Facebook” icazəsiz yayılan intim materialları blok edəcək

“Facebook” istifadəçilərdən icazəsiz yayılan, onların şərəf və ləyaqətini alçaldan intim xarakterli fotolarının yayılması ilə mübarizə aparacağını bəyan edib.
 
Movqe.az-ın İKT.lent.az-a istinadən xəbərinə görə, bu barədə şirkətin bloqunda sosial şəbəkənin qlobal təhlükəsizlik departamentinin rəhbəri Antiqon Devis məlumat verib.  
 
Xanım Devis bildirib ki, “Facebook”, eləcə də ona məxsus olan “Instagram” və “Messenger” hər hansı istifadəçi haqqında başqaları tərəfindən qəsdən və icazəsiz yayılan intim materialları blok edəcək: “İstifadəçilər bizə bu cür hallar barədə məlumat verən kimi biz o materialların yayılmasını əngəlləyəcəyik”.  
 
A. Devis bunun üçün “Şikayət” düyməsini baxmağın yetərli olduğunu söyləyib. Bundan sonra əməkdaşlar həmin foto və ya videonun sosial şəbəkənin qaydalarına zidd olub-olmadığını yoxlayacaq: “Əksər hallarda biz intim fotoların icazəsiz yayılmasına görə həmin səhifəni bloklayırıq. Eyni zamanda, biz istifadəçilərə apellyasiya hüququ da veririk. Çünki materialların silinməsi səhv də ola bilər”.
 
A. Devis əlavə edib ki, “Facebook”un apardığı xüsusi araşdırmaya əsasən porno-qisasçılığa məruz qalanların 93%-i baş vermiş hadisədən dərin emosional sarsıntı keçirir, 82%-in isə peşə və sosial həyatında geriləmə müşahidə olunur.

Sizin Reklam Yeriniz