Əlaqə Arxiv
news Image
2017.04.12
20:20
| A A A
Galaxy Note 8-in ilk potensial fotosu sızdırıldı

İnternetdə artıq yavaş-yavaş, öz uğursuzluğu ilə məşhurlaşmış Galaxy Note 7 modelinin davamçısı Galaxy Note 8 haqqında məlumatlar yayılmağa başlayıb.

Bu dəfə Weibo sosial şəbəkəsində Galaxy Note 8-in potensial fotosu ortaya çıxıb. Buna baxmayaraq həmin fotoda həqiqətən də Galaxy Note 8-in əks olunduğunu güman etməyə ehtiyac yoxdur. Çünki bu cür sızıntıların olması üçün hələ çox tezdir. Daha əvvəlki şaiyələrə əsasən Galaxy Note 8, əvvəlki modeldən fərqli olaraq daha böyük ekranla təchiz olunacaq (6.4 inç) və o, Super AMOLED texnologiyası ilə hazırlaraq 4K keyfiyyətini dəstəkləyəcək. Texniki göstəricilərə gəldikdə isə fablet, Snapdragon 835 və ya Exynos prosessoru, 6 GB RAM və 256 GB daxili yaddaşa sahib ola bilər. Galaxy Note 8-in, Galaxy S8 dizaynını özündə birləşdirəcəyi və fiziki "Home” düyməsiz olacağı güman olunur. Həmçinin yeni model fabletdə, Galaxy S8-də olduğu kimi Bixby səsli köməkçi üçün ayrıca düymələr də ola bilər.

tecnote.az

Sizin Reklam Yeriniz