Əlaqə Arxiv
news Image
2017.04.21
21:00
| A A A
Bədəninizdəki tatu ilə elektron cihazlarınızı idarə edə biləcəksiniz - FOTO

Texnologiyanın indiki vaxtda çatdığı nöqtəylə birlikdə ağıllı telefonlar, kompüterlər, smart TV-lər və bu kimi bir çox elektron cihazı olduqca sıx bir şəkildə istifadə edirik. Bu səbəbdən bütün bu cihazları təsirli bir şəkildə idarə edə bilmək gedərək daha əhəmiyyətli bir hal alır. SkinMarks adlı yeni bir texnologiya bütün bu saydığımız cihazları yalnız bədənimizə toxunaraq nəzarət etməyi mümkün hala gətirir.

Söz mövzusu elektron cihazları nəzarət etmək olduğunda, bu məhsullara taxılan kabellərdən klaviaturaya, sensorlu ekranlardan virtual reallıq texnologiyasına qədər bir çox məhsullar var. Arduino isə bizlərə yeni və olduqca fərqli bir alternativ təqdim edir. E-tatu olaraq adlandırılan bu sistem, istifadəçilərinin öz dərilərinə toxunaraq fərqli cihazlara nəzarət etməsini mümkün edir.

Bunun üçün isə xüsusi texnologiya ilə inkişaf etdirilən SkinMarks tatularını əldə etmək lazımdır. Bu tatular asanlıqla bədəninizin istədiyiniz bölgəsinə keçir. Bundan sonra istifadəçinin seçdiyi elektron cihazın idarələrini bu nöqtəyə toxunaraq və ya barmağınızı hərəkət etdirərək reallaşdıra bilir.

SkinMarks adlı bu tatu dərinizdə qalıcı olaraq qalmır. Əksinə, bir neçə gün ərzində silinir. Bu texnologiyanı istifadə edə bilmək üçün tatunu tez-tez yeniləmək lazımdır. Bu sayədə isə istifadəçilər hər dəfə fərqli tatu dizaynlarından istifadə etmiş olurlar.

milli.az

Sizin Reklam Yeriniz