Əlaqə Arxiv
news Image
2018.08.17
10:15
| A A A
İnsan şüurunun alimləri susduran qəribəlikləri – elm, yoxsa müəmma?

İnsan şüuru – bilinməyən mexanizmlə işləyən müəmmadır. Bəzən dejavyu olaraq yaşadığımız hadisələri, yuxuları, təsadüfləri izah edə bilmirik. Nəinki biz, hətta mütəxəssislər də susmalı olur. Bəs elmi susduracaq bu hallar necə yaranır?!
Movqe.az publika.az-a istinadən insan şüuru ilə bağlı bəzi məqamlara nəzər salıb:
Prosopaqnoziya
Yaxud insanların üzünü yadda saxlama zəifliyi. Çoxları bunu diqqətsizlik, yaddaşsızlıq, ən əsası etinasızlıq kimi dəyərləndirir. Əslində, bu, boyun nayihəsinin sağ aşağı hissəsinin daxili deffekti ilə əlaqədardır. Bu problemi olan insanlar nəinki sifətləri yadda saxlamır, ümumiyyətlə, sifət yaddaşa heç köçmür. Yəni, tanış olduğu adamdan ayrılan kimi bir neçə saniyədən sonra unudulur.


Prosopaqnoziya gücləndiyi halda daha betər nəticələrə gətirib çıxara bilər. Xəstə unudur ki, qarşısındakı insan ona dost, ya düşməndir.
Əksər insanlarda isə ani pozuqluq və ya hamısını deyil, bəzi insanları yadda saxlamama problemi olur. Bax, elm burda “dilini dişləyir”. Əgər qeyd olunan xəstəlikdən əziyyət çəkmirsə, niyə onda o, bir adamın sifətini hər cizgisi ilə xatırlayır, digərini isə bir günə unudur?!
Ziyafət effekti
Yaxın insanlar bir-birinin səsini hətta ən qızğın ziyafətlərdə, milyonlarla səsin arasından tanıya bilər. Bu qabiliyyət həm də “səs süzgəzi” adlandırılır. Yəni, minlərlə səs növü beyindən süzülür, yalnız ona tanış səs qalır və bu səsin “xod”u radio-televizor səsi kimi beyində avtomatik olaraq artır.


Bu sistem necə işləyir, alimlər hələ çözə bilməyiblər. Amma ondan əmindirlər ki, adətən ailə üzvləri, sevgililər, birlikdə uzun illər çalışan adamlarda bu mexanizm işləyir.
Mendeleyev effekti
İnsan yuxuda olarkən gün ərzində gördüyü ən sadə işi – tetris, kubik-rubik oyunu, verilən sualları xatırlayır. Üstəlik yuxudaykən gün ərzində edə bilmədiyinin daha yaxşı öhdəsindən gəlir. Suala cavab tapır, tetris daşlarını daha yaxşı yerinə oturdur. Eynən Mendeleyevdəki kimi...


Alim məşhur cədvəlinin üstündə uzun zaman işləsə də, tam lazımi cədvəli qura bilmir. Yalnız dərin yuxuların birində bu cədvəl öz mükəmməlliyi ilə qarşısında açılır. Hər halda, alim özü belə etiraf edir. Başqa sözlə, gündüzlər beyinin bacarmadığını gecələr həll edir. Bunu belə izah edirlər ki, gün ərzində yüklənən beyində gecələr dincələndən sonra şüur altına toplanmış informasiya yavaş-yavaş öz həllini tapır.
İlğım effekti
Tibbi adı apofeniya. Yəni, insan ona tanış olan obrazı mövcud olmayan yerdə görür. Məsələn, gecə yolda gedəndə elə bil gözünə nəsə məxluq görünür.


Və ya dünyanın o bir ucuna səyahət edib, məhəllədəki tumsatan qocanı görmüş olursan. Əslində, insan düşündüyünü görmür, ona elə gəlir. Alimlər bunu beyinin sonuncu olaraq düşündüyü və ya gözün son gördüyü ilə bağlayırlar. Son düşüncə və ya görüntü beyni daha çox məşğul edir. Bunu psixologiyada ilk dəfə 1958-ci ildə Klaus Konrad elmə gətirib. Amma tam əminliklə izah edə bilməyib. Çünki bu effektin bir ucu yenə də paranormallığa bağlanır.
Anadangəlmə istedad
Hər birimizin tez-tez rastlaşdığımız bir şey olsa da, təsəvvür edin, alimlər bunun da qarşısında acizdirlər. Bəzən anadangəlmə istedadın heç də anadan və ya atadan gəldiyi təsdiqlənmir.


Uşağın ata-anası, hətta bir neçə arxa dönəni heç bir xüsusi qabiliyyətə malik olmadığı halda o, bir neçə istedadı ilə insanlarda heyrət yaradır. Musiqi, ədəbiyyat, siyasət – fərq eləməz, bütün sahələrə aid təhsilini almadığı, təcrübəsi keçmədiyi halda, sanki o sahənin ası kimi görünür. Odur ki, hətta ateist alimlər də burda fələyin barmağının olduğunu danmırlar.

 

Sizin Reklam Yeriniz