Əlaqə Arxiv
news Image
2017.04.28
11:36
| A A A
Galaxy S8+ modelinin ekranının dəyişilməsi hansı qiymətə başa gələcək?

Biz artıq Galaxy S8 ilə S8+ modellərinin təmirinin keçən ilki modellərdən fərqli olaraq daha asan olduğu barədə xəbər vermişdik.

Lakin məlumdur ki, "Samsung” şirkətinin yeni smartfonları, yüksək performanslı cihazlar arasında bahalılar siyahısındadır. Beləliklə də onların təmiri olduqca baha başa gələ bilər. Bugün məlum olub ki, rəsmi servis mərkəzində zədələnmiş Galaxy S8+ ekranının dəyişilməsi 250 avroya başa gələcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S7 Edge modelinin ekranının dəyişilməsi 200 avroya başa gəlirdi. Nəzərinizə çatdıraq ki, bu yaxınlarda iFixit portalının mütəxəssisləri Galaxy S8 ilə S8+ modellərinin təmir olunma mümkünlüyünü yoxlamışdılar. Nəticə etibarı ilə onlar belə qənaətə gəlmişdilər ki, yeni modellər, keçən ilki Galaxy S7 və S7 Edge modellərindən fərqli olaraq daha asan şəkildə təmir olunurlar. 10 ballıq xal sistemi üzrə yeni smartfonlar 4 xal almışdılar.

Sizin Reklam Yeriniz